"Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri rəqabətli və alternativ olub. Hazırkı prezident İlham Əliyevin inamlı qələbəsi onun vətəndaşlar arasında danılmaz nüfuzunun göstəricisidir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidəçilər missiyasına rəhbərlik edən Sergey Lebedev TASS-a bildirib.

O, MDB-dən olan müşahidəçilərin yeddi namizədin hamısının tərcümeyi-halı və proqramlarını öyrəndiyini vurğulayıb: "Proqramlar Azərbaycanın gələcək inkişafına, regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlib".

 

Gözəl Həşimova