Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumatda iki ölkə başçısı Qarabağ sazişlərinin icrasına toxunub. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr və bu il oktyabrın 31-də imzalanmış sazişlərin həyata keçirilməsinin bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistika əlaqələrinin bərpası planları müzakirə olunduğu bildirilib.