2023-cü ilin ikinci rübündə 3068 saxta əskinas müəyyən edilib. Bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə 51,96% azdır.

İqtisadiyyat.az bu barədə məlumatı Kommersant-a istinadən bildirir.

Aprel-iyun aylarında nominal dəyəri 5 min rubl olan 2119, nominal dəyəri 1 min rubl olan 632, nominal dəyəri 2 min rubl olan 185 ədəd saxta əskinas aşkar edilib. 1 ədəd saxta 200 rublluq əskinas da aşkar edilib. Bundan əlavə, nominal dəyəri 10 rubl olan 54 ədəd, nominal dəyəri 5 rubl olan 12 ədəd saxta sikkə qeydə alınıb.

Ən çox saxta əskinas Mərkəzi Federal Dairədə aşkar edilib - 1663. Cənub Federal Dairəsi (493) və Şimal-Qərb Federal Dairəsi (357) növbəti yerləri tutur. Xarici ölkələrin isə 350 saxta əskinasları müəyyən edilib. Bunlardan 79-u aprel, 113-ü may, 158-i isə iyunda bilinib. Əksəriyyəti (330-u) saxta ABŞ dollarıdır. 16 ədəd saxta avro, 3 ədəd Çin yuanı, 1 ədəd saxta Ukrayna qrivnası əskinas da aşkar edilib.