Ukrayna İkinci Dünya Müharibəsindən sonra ABŞ-dən ən böyük yardım alan ölkəyə çevrilib.

Bu barədə İqtisadiyyat.az “The Washington Post”a istinadən xəbər verir.

Ukrayna Rusiya ilə müharibə başlayandan bəri ABŞ-dən 66,2 milyard dollar yardım alıb. Beləliklə, Ukrayna İkinci Dünya Müharibəsindən sonra ABŞ-dən ən çox maddi dəstək alan ölkə olub.

Vaşinqtonun Kiyevə göstərdiyi dəstəyin 43,1 milyard dolları hərbi yardıma xərclənir. Bunun da 23,5 milyard dolları ABŞ Müdafiə Nazirliyinin anbarlarından olan silah və texnikaya aiddir. ABŞ həmçinin Ukraynaya 20,5 milyard dollar büdcə dəstəyi və 2,6 milyard dollardan çox humanitar yardım göstərib.

 

Gözəl Həşimova