Qlobal neft tələbi bu onilliyin sonuna qədər pik həddə çatacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) analitiklərinin proqnozunda qeyd olunur.

Məlumata görə, dünya ictimaiyyəti 2029-ci ilə qədər gündəlik 102 milyon barrelə qədər neft istehlak edəcək, əsrin ortalarına qədər isə bu rəqəm 97 milyon barrelə enəcək.

Eyni zamanda, ortamüddətli perspektivdə IEA analitikləri təbii qaz və kömür də daxil olmaqla, digər qalıq yanacaqların qlobal istehlakında azalma gözləyirlər.

 

Gözəl Həşimova