"Yaxın Şərqdə vəziyyət daha da pisləşərsə, neftin qiyməti üçrəqəmli səviyyəyə çata bilər".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol Yaponiyanın “Asahi” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, agentlik üzvləri bazardakı vəziyyəti izləyir və vəziyyət pisləşərsə, qiymətləri endirmək üçün strateji ehtiyatlardan nefti bazara çıxaracaqlar:

"Yaxın Şərqin neft hasil edən ölkələri münaqişəyə bilavasitə cəlb olunarsa, o zaman neftin qiyməti 100 dolları ötə bilər”.

 

Gözəl Həşimova