Polşa ABŞ-dən potensial olaraq Rusiyadakı hədəflərə çata biləcək JASSM yer-hava raketləri alacaq.

İqtisadiyyat.az xəbər verir ki, bunu "Gazeta.pl" portalına müsahibəsində Polşa Silahlı Qüvvələrinin keçmiş komandanı, general Miroslav Ruzanski deyib.

"Mən uzaq mənzilli JASSM raket sistemlərində ən böyük əlavə dəyəri görürəm. Bizim Łaskda yerləşdirilmiş və bu raketlərlə təchiz edilmiş təyyarələrimiz Vistula çayına uça və Belarus və Rusiyadakı hədəfləri vura biləcək", - o, Polşa prezidenti Anjey Duda və baş nazir Donald Taskın ABŞ-yə son səfərinin nəticələri şərh edərkən bildirib. 

Ruzanski əlavə edib ki, söhbət həm Kalininqrad vilayətindən, həm də Rusiya Federasiyasının digər bölgələrindən gedir.