Kürdəmirdə intihar hadisəsi baş verib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə rayonun Pirəköcə kəndində qeydə alınıb.

Rayon sakini, 1975-ci il təvəllüdlü Azər Qaraşov özünü güllələyərək öldürüb.

Azər Qaraşovun Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı olduğu bildirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.

Məsələ ilə bağlı Lənkəran rayon İcra Hakimiyyətindən qeyd edilib ki, Azər Qaraşov intihar etməyib, silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən həyatını itirib.