Hollandiyanın baş naziri Mark Rutte Ukrayna prezidenti Vlodimir Zelenskini Rusiya ilə sülh danışıqlarına başlamaq barədə qərar qəbul etməyə çağırıb .

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə Vaşinqtonda Atlantic Council Amerika analitik mərkəzində çıxışı zamanı bildirib .

Siyasətçinin sözlərinə görə, bu qərarı yalnız Zelenski Ukrayna hökuməti və xalqı ilə birlikdə verə bilər. Eyni zamanda Qərb ölkələri də bu məsələdə ona təsir edə bilməz.