Hindistan Hərbi Hava Qüvvələrinə məxsus yerli istehsal olan qırıcı təyyarə çərşənbə axşamı ölkənin qərbindəki Racastan ştatında qəzaya uğrayıb. 

İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir ki, bu, səkkiz il əvvəl Hindistan silahlı qüvvələrinin arsenalına qırıcı təyyarələrin əlavə edilməsindən sonra ilk belə haldır.

Pilot xəsarət almadan havadan atılıb.

2021-ci ildə Hindistan hökuməti dövlətə məxsus "Hindustan Aeronautics Limited" şirkəti ilə 83 ədəd "Tejas" döyüş təyyarəsi almaq üçün 6 milyard dollarlıq müqavilə imzalayıb.