Hindistanda müxalifət partiyasının lideri Carkhand Mukti Morcha və Carkhand əyalətinin Baş naziri Hemant Soren seçkilərə bir neçə ay qalmış həbs edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Times of India” məlumat yayıb.

Məlumata görə, Soren seçkilər ərəfəsində ölkənin çirkli pulların yuyulmasına qarşı federal agentliyi tərəfindən torpaq saxtakarlığı ittihamı ilə həbs edilib.

Qeyd edək ki, həbs edilən siyasətçinin partiyası Hindistanın Baş naziri Narendra Modinin hakim “Bharatiya Janata Partiyası”na (BJP) alternativ olaraq yaradılıb.