Hindistanda son sutkada 53 016 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bunu ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi açıqlayıb.

Bildirilib ki, ölkə üzrə yoluxanların ümumi sayı 2 267 153 nəfərə yüksəlib. 

Cənubi Asiyanın bu ölkəsində son sutkada 887 nəfər pandemiyanın qurbanı olub. Pandemiya qurbanlarının sayı 45 353nəfərə çatıb.

Məlumata görə, hazırda xəstəxanalarda 640 160 pasiyent müalicə alır, 1 581 640nəfər isə sağalaraq evə buraxılıb.report