Sərhəd münaqişəsi zamanı Hindistan qoşunları Çin Xalq Azadlıq Ordusunun (AXO) qüvvələrinin Hindistan ərazisinə daxil olmasına icazə verməyib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Hindistan Müdafiə Naziri Racnath Singh bildirib.

Nazir PLA qoşunları Tavanq sektorunda Yantszı bölgəsindəki Faktiki Nəzarət Xəttini zəbt edərək status-kvonu birtərəfli qaydada dəyişdirməyə çalışıdıqlarını bildirib.

Onun sözlərinə görə, Hindistan və Çin hərbçiləri arasında əlbəyaxa döyüş olub. Nəticədə hər iki tərəfdən bir neçə əsgər yaralanıb.