Hindistan 2025-ci ildə kosmosa insanla birlikdə kosmik gəmi göndərməyi planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bunu Hindistan Kosmik Tədqiqatlar Təşkilatının rəhbəri Şridhar Paniker Somnat bildirib.

Hindistanlı astronavtın "Qaqanyaan" kosmik gəmisində uçması planlaşdırılır.

Qeyd edək ki, ötən ilin avqustun 23-də Hindistanın “Çandrayaan-3” adlı planetlərarası robot stansiyası Ayın səthinə uğurla eniş edib.