Hindistan Nazirlər Kabinetinin Təhlükəsizlik Komitəsi Təkmil Orta Döyüş Təyyarələri (AMCA) proqramı çərçivəsində beşinci nəsil döyüş təyyarəsinin hazırlanmasını təsdiqləyib.

İqtisadiyyat.az bu barədə “Defence News”a istinadən xəbər verir.

Bildirilib ki, təyyarə üzərində işlərə Dövlət Aviasiya İnkişaf Agentliyi və "Hindustan Aeronautics" şirkəti nəzarət edir. Martın əvvəlində Nazirlər Kabineti ikimühərrikli təyyarənin dizaynı, inkişafı və uçuş sınaqlarına 1,8 milyard dollar ayırıb.

Təyyarənin beş prototipinin yaradılması planlaşdırılır və qırıcının ilk uçuşu 2028-ci ilin sonuna qədər baş tutacaq.