Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Böyük Britaniya Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Tim Barrou ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycanın səfiri Elin Süleymanov X hesabında bildirib. 

Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, COP29, regional məsələlər və ikitərəfli münasibətlər müzakirə olunub.