“Sığorta haqlarının yarısından çoxu yaşam, avto icbari və tibbi sığorta üzrə toplanır”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri “Sığorta mübahisələrinin uğurlu həlli yolları”  elmi-praktik konfransında sığorta sektorunun adambaşına düşən sıxlığına toxunan Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc deyib.

 

 

Onun sözlərinə görə, 2021-ci ildə sığorta haqlarının həcmi 844 milyon manat, 2022-ci ildə isə 15%  və ya 127 milyon manat artaraq 971 milyon manata çatıb:

“Dövr ərzində könüllü sığorta növləri üzrə 24% artım (141 milyon manat), icbari sığorta növləri üzrə isə 6% azalma (14.6 ilyon manat) müşahidə edilib. Könüllü sığorta növləri üzrə artımın əsas drayveri kimi həyatın yaşam sığortası çıxış edib.

 


 

Bundan başqa, 2021-ci il ilə müqayisədə sığorta ödənişləri 6% azalaraq 433 milyon manat olub. Könüllü həyat sığorta sinifləri üzrə ödənişlərdə artım olsa da, qeyri-həyat sığorta sinifləri üzrə azalma müşahidə edilib. Belə ki, il ərzində qeyri-həyat sığorta sinifləri üzrə ödənişlər 15% azalaraq 185 milyon manat təşkil edib. Bu azalmanın əsas drayveri qeyri-həyat icbari sığorta sinfi olub.

Sığorta haqlarının yarısından çoxu yaşam (40,9%), avto icbari (11,7%) və tibbi sığorta (11,6 %) üzrə toplanır. Onların əsas sığorta siniflərinin ümumi haqlarda payı 64% təşkil edib”.

 

Gülşən Şərif