Milli Məclisin yaz sessiyasında "Hərbi qulluqçuların statusu haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılacaq.

Bununla bağlı məsələ parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2023-cü il yaz sessiyası üçün qanunvericilik işləri planına daxil edilib.

Komitənin bu gün keçirilən iclasında işlər planı müzakirə olunur.