Qlobal hava sərnişin dövriyyəsi may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 39,1% artaraq COVID-19 pandemiyasından əvvəlki səviyyənin 96,1%-ni təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) may ayı üçün göstəriciləri açıqlayıb.

Məlumata görə, may ayında beynəlxalq hava nəqliyyatına tələb artmaqda davam edib.

Sərnişin daşınmasını təmsil edən ödənişli sərnişin kilometrləri (RPK) may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 39,1% artıb. Beləliklə, may ayında hər kilometrə düşən sərnişin gəliri pandemiyadan bəvvəlki səviyyənin 96,1%-ə çatıb.