"Ukrayna güclü hava müdafiə sistemlərinə sahibdir, yaxın zamanda daha da güclənəcək".
İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski qatardan yayımladığı videomüraciətdə bildirib:
“Hava hücumundan müdafiə sistemləri və səmanı qorumaq üçün digər silahlar Ukraynada artıq çox ciddidir. Ancaq daha güclü olmalıdır və əminəm ki, olacaq”.