Azərbaycanda bu ilin yanvar-may ayları ərzində yük və sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,8% və 19% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib.

Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 7,6 milyon ton yük daşınıb. Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 50,5 milyon ton yük daşınıb.

Cari ilin yanvar-may aylarında hava nəqliyyatı ilə 117,5 min ton, dəniz nəqliyyatı ilə 3575,8 min ton təşkil yük daşınıb.