Türkiyənin xarici işlər naziri Hakan Fidan Yunanıstanın xarici işlər naziri Yorqo Gerapetritisə ölkədə davam edən yanğınlarla bağlı başsağlığı mesajı göndərib.

İqtisadiyyat.az xəbər verir ki, Fidan mesajında ​​yanğınsöndürmə təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən iki pilota görə başsağlığı verib.

Qeyd edək ki, Yunanıstanın fərqli bölgələrində yanğınlar davam edir. 

Bir neçə gün əvvəl isə, yanğınların söndürülməsi üçün əraziyə göndərilən sudaşıyan təyyarənin qəzaya uğraması nəticəsində iki pilot həlak olmuşdu.