Türkiyə xarici işlər naziri Hakan Fidan ilə Əfqanıstanda iqtidarda olan Taliban hökumətinin baş nazirinin müavini Molla Əbdülqəni Biradər arasında görüş olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Xarixi İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Hakan Fidan ilə Molla Əbdülqəni Biradər arasında görüş Ankarada keçirilib.

Tərəflər arasında həm təkbətək, həm də nümayəndə heyətləri şəklində iki görüş baş tutub.

Görüşlərin təfərrüatları açıqlanmayıb.