Türkiyə regionda sabitliyi təmin etmək üçün bütün xarici siyasət alətlərindən istifadə etməkdə qərarlıdır.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.

O qeyd edib ki, Süleymaniyyədəki Kürdistan Yurdsevərlər Birliyi (KYB) rəhbərliyi PKK ilə əməkdaşlıq etdiyi üçün Türkiyəyə milli təhlükəsizlik təhdidləri yaradır, ancaq onun xalqı Türkiyənin dostudur.

"Türkiyə regionda sabitliyin hökm sürməsini təmin etmək üçün əlində olan bütün xarici siyasət alətlərindən koordinasiyalı şəkildə istifadə etmək əzmindədir", - Fidan qeyd edib.