Türkiyənin xarici işlər naziri Hakan Fidan Braziliyada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, görüş zamanı qarşıdakı dövr üçün nəzərdə tutulan yüksək səviyyəli səfərlər, ikitərəfli və regional inkişaflar müzakirə edilib.

Nazir Fidan həmkarına Ukrayna müharibəsində bütün tərəflərin iştirakı ilə diplomatik həllin tapılacağına ümid etdiyini, Türkiyənin regional sabitliyin və rifahın qorunması üçün bütün təşəbbüsləri dəstəklədiyini çatdırıb.

İki nazir həmçinin Qəzzadakı ağır humanitar vəziyyəti və atıla biləcək addımları müzakirə ediblər.