Türkiyənin xarici işlər naziri Hakan Fidan Maltanın paytaxtı Vallettaya gedib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Hakan Fidan Türkiyə vaxtı ilə saat 20.30-da (Bakı vaxtı ilə 21:30) Maltanın paytaxtı Vallettaya gəlib.

Nazir Fidan rəsmi səfərdə olduğu Maltada sabah bu ölkənin xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borqla görüşəcək.

Fidanı Malta prezidenti Corc Vella və baş nazir Robert Abela da qəbul edəcəklər.

Bildirilib ki, Valettada keçiriləcək görüşlərdə iki ölkə arasındakı əlaqələr və regional məsələlər, həmçinin Türkiyə-Avropa İttifaqı münasibətləri müzakirə olunacaq.