Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyasının 4-cü günündə aksiya iştirakçıları yeni tələblər irəli sürüb.

Bu barədə hadisə yerindən Iqtisadiyyat.az-a jurnalist Məhəmməd Türkmən xəbər verib.

Onun sözlərinə görə, etirazçılar Azərbaycan ərazilərinə silahların daşınmasına icazə verilməməsini, suveren torpaqlarımızda Azərbaycanın bütün dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin ayrıca nəzarət-buraxılış məntəqələrinin quraşdırılmasını tələb edirlər. Bundan başqa, yeni tələblər arasında Laçın istiqamətində Ermənistanla sərhəddə DSX-nın və DGK-nin ayrıca postlarının olması da tələb olunur.