Gürcüstanın beynəlxalq turizmdən əldə etdiyi gəlir ötən il rekord həddə - 4,1 milyard dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Administrasiyası məlumat yayıb.

Məlumata görə, Gürcüstanın turizmdən gəliri 2022-ci illə müqayisədə 17,3%, 2019-cu illə müqayisədə isə 26,2% artıb.

Departament bildirib ki, ötən il əcnəbi vətəndaşlar tərəfindən Gürcüstana turizm məqsədi ilə 4 milyon 669 min 467 səfər olub ki, bu da 2022-ci ilin göstəricisindən 27,8% çoxdur.

 

Gözəl Həşimova