Gürcüstanda koronavirusa yoluxanların sayında artım olub.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında məlumat verilib.

Bununla da ölkədə virusa yoluxduğu aşkarlanan insanların sayı 394 nəfərə çatıb.

Məlumata görə, Gürcüstanda daha 86 nəfər koronavirusdan sağalıb.

Hazırda qonşu ölkədə 5 094 nəfər karantin rejimində, 547 nəfər isə həkim müşahidəsi altındadır.

Gürcüstanda koronavirusdan ölənlərin hamısı yaşı 70-dən çox olan ahıllardır.