Gürcüstanda daha 9 nəfərdə koronavirus aşkarlanıb, 4 pasiyent sağalıb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 225 nəfərə, sağalanların sayı isə 1 000 nəfərə çatıb. 17 nəfər xəstəlikdən vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində 7 068, tibbi nəzarətdə isə 250 nəfər saxlanılır.