Gürcüstanda koronavirusa yoluxanların sayında artım olub.

Oxu.Az koronavirusla bağlı məlumatların onlayn olaraq daim yeniləndiyi “Worldometer”ə istinadən xəbər verir ki, son olaraq daha səkkiz nəfərin virusa yoluxduğu aşkarlanıb və bununla da ümumi say 242 nəfərə yüksəlib.

İndiyədək 3 nəfər virusdan ölübsə, 57 nəfər sağalıb.

Qonşu ölkədə aprelin 21-dək fövqəladə vəziyyət rejimi tətbiq edilib.