Gürcüstanda son sutkada koronavirusa 5 yeni yoluxma faktı təsdiqlənib, 4 pasiyent sağalıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 1 341-ə, sağalanların sayı isə 1 092-yə çatıb. Xəstəlikdən 17 nəfər vəfat edib, 232 aktiv koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir.  

Hazırda Gürcüstan üzrə 7 082 nəfər karantində, 249 nəfər isə tibbi nəzarətdə saxlanılır.Report