Gürcüstanda daha 15 nəfərin koronavirusa yoluxması təsdiqlənib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 336-ya çatıb. Onların 1 088-i sağalıb, 17-si isə vəfat edib.

Hazırda Gürcüstan üzrə 7 597 nəfər karantində, 249 nəfər isə stasionar nəzarətdə saxlanılır. Report