Gürcüstanda daha 14 nəfərdə koronavirus aşkarlanıb, 44 pasiyent müalicə olunaraq sağalıb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 264 nəfərə, sağalanların sayı isə 1 054 nəfərə çatıb. 17 nəfər xəstəlikdən vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində 6 930, stasionar nəzarətdə isə 263 nəfər saxlanılır.report