Gürcüstanda daha 10 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 diaqnozu qoyulan şəxslərin sayı 1 351-ə çatıb. Onların 1 092-si sağalıb, 17-si isə vəfat edib.

Hazırda Gürcüstan üzrə karantin zonalarında 7 597, stasionar nəzarətdə isə 249 nəfər saxlanılır. Report