Gürcüstan hərbçiləri “Troya cığırı 24” çoxmillətli təlimi çərçivəsində Qara dənizdə gəminin tutulması əməliyyatını həyata keçirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Gürcüstan və digər ölkələrin hərbi qulluqçuları şərti qaçaqmalçılardan ibarət gəminin tutulması, girovların azad edilməsi, gəmi heyətinin zərərsizləşdirilməsi və yüklərin ələ keçirilməsi təcrübəsini həyata keçirib.

Qeyd edək ki, ABŞ-nin Avropadakı Xüsusi Əməliyyatlar Komandanlığının dəstəyi ilə martın 4-də Gürcüstanda keçirilən “Troyan Trail 24” çoxmillətli hərbi təlimi başlayıb. Açılış mərasimi Gürcüstan-NATO Birgə Təlim və Qiymətləndirmə Mərkəzində baş tutub.