Gürcüstan hökuməti 2024-cü il dövlət büdcəsi layihəsinin yekun variantını təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

Onun sözlərinə görə, gələn il nominal ümumi daxili məhsulun (ÜDM) 86 milyard lari (təxminən 31,7 milyard dollar), iqtisadi artımın 5%, büdcə kəsirinin 2,5% olacağı gözlənilir.

Baş nazir bilirib ki, dövlət borcu ÜDM-in 38%-ni təşkil edəcək ki, bu da aşağı göstəricidir.

 

Gözəl Həşimova