Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

İqtisadiyyat.az-ın məlumatına görə, hadisə şəhərin Atabəylər küçəsində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən piyada, 1994-cü il təvəllüdlü Rəşad Namazovu minik avtomobili vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.