Gəncə şəhərində 16 yaşlı qız itkin düşüb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb.

2007-ci il təvəllüdlü Eyyuba Nurcan Sərdar qızı noyabrın 1-də kirayə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hazırda onun tapılması istiqamətində tədbirlər görülür.