İki nəfər şübhəli şəxs qismində saxlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Belə ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2003-cü il təvəllüdlü S. Nəsibovun bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S. Nəsibova bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən, Gəncə şəhər sakinləri  2003-cü il təvəllüdlü D. Xəlilov və 2004-cü il təvəllüdlü M. Orucov saxlanılaraq istintaqa təhvil verilib. 

Fakla bağlı araşdırmalar davam etdirilir