Azərbaycanın Fransadakı Səfirliyi bu ölkədə daimi və ya müvəqqəti yaşayan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.

İqtisadiyyat.az Secki-2024.az saytına istinadən xəbər verir ki, Diplomatik nümayəndəlik Azərbaycan Respublikası vətəndaşlarını 7 fevral prezident seçkilərində iştiraka dəvət edib. Səsvermə Mədəniyyət Mərkəzi nəzdində yaradılmış seçki məntəqəsində baş tutacaq.