Fransanın paytaxtı Parisdə qatar stansiyasına bıçaqla hücum edən şəxs çox sayda insanı yaralayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darman açıqlama yayıb.

Nazir Parisdə Gare du Nord qatar stansiyasında hücum nəticəsində azı 6 nəfərin yaralandığını bildirib.

O, həmin şəxsin polis qüvvələri tərəfindən “zərərsizləşdirildiyini” açıqlayıb.