Fransada son günlər həddindən artıq istilər səbəbindən qırmızı həyəcan elan edilən bölgələrin sayı 4-dən 19-a yüksəlib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransa Meteorologiya İdarəsi məlumat yayıb.
Məlumata görə, daha 15 bölgə temperaturun artması ilə əlaqədar qırmızı həyəcan vəziyyətinə gətirilib.
Dünən avqustun 15-dən sonra ölkə tarixində qeydə alınan ən isti gün kimi qeyd olunub. Ancaq sabah və digər gün ölkədə havanın temperaturunun daha da artacağı proqnozlaşdırılıb.
Proqnozlara görə, avqustun 24-də havanın temperaturunun yüksəlməsi ilə əlaqədar ölkənin cənub-qərbində bəzi rayonlar da qırmızı təhlükə siyahısına salına bilər.
Son zamanlar ölkədə müşahidə olunan yüksək temperaturla əlaqədar 50 rayonda narıncı təhlükə elan edilib.