İsveçrə, Fransa və Almaniyanın birgə istifadə etdiyi "Basel-Mulhouse EuroAirport" hava limanı bomba təhlükəsi səbəbilə boşaldılıb.

Bu barədə İqtisadiyyat.az xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, dünən günorta saatlarında bu hava limanına bomba təhdidi gəlib və bunun əsassız olduğu üzə çıxıb.

Hava limanı 3 saat bağlanıb.