Fransada müsəlmanlara qarşı ayrı-seçkilik bir daha özünü göstərib.Ölkədə müsəlman qız tələbələrin geyimi ilə bağlı mübahisəli qərar qəbul edilib. Belə ki, qızlar artıq məktəblərdə çarşab geyinə bilməyəcəklər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qərarı ölkənin Təhsil Nazirliyi verib.

Məlumata görə, dövlət məktəblərində çarşab və əba kimi geyimlərin qadağan olunacağı açıqlanıb.

Əlavə edək ki, Fransada 2004-cü ildə məktəblərdə, 2010-cu ildə isə ictimai yerlərdə hicab taxmaq qadağan edilib.

 

Gözəl Həşimova