Fransa parlamenti Ukraynadan toyuq idxalına məhdudiyyət qoyulmasını tələb edib.

İqtisadiyyat.az "Lenta.ru"ya istinadən xəbər verir ki, Ukraynada istehsal olunan və Avropa İttifaqına (Aİ) tədarük edilən toyuq ətinin Fransanın sanitar standartlarına, eləcə də fransız fermerlərə və ölkənin qida suverenliyinə zidd olduğu bildirilib.

Əlavə edək ki, bu ilin birinci rübündə Ukraynadan Avropa İtiffaqına təzə ət ixracı 201% artıb.

 

Gözəl Həşimova