Rusiyanın Fransa və onun NATO müttəfiqləri üçün təhlükə yaratdığı iddia edilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin naziri Sebastyen Lekornu "Midi Libre" qəzetinə müsahibəsində bildirib.

"Bəli, həm də bütün avropalılar, NATO müttəfiqləri üçün. Nümunə olaraq kiberhücumlarla bağlı vəziyyəti götürək: məlumatların oğurlanması ilə xəstəxanalara, bələdiyyə binalarına, müəssisələrə, "Midi Libre" kimi qəzetlərə eyni vaxtda kiberhücumları təsəvvür edin. Bunlar real hallardır", - nazir nəşrin Rusiyanın Fransa üçün təhlükə təşkil edib-etmədiyi sualına cavab verərkən deyib.

Eyni zamanda, qəzetlə söhbətində o, Fransa qurumlarına Rusiya Federasiyası tərəfindən həyata keçirildiyi iddia edilən kiberhücumlara dair konkret misallar göstərməyib.