“Moskva Fransa Silahlı Qüvvələrinə qarşı aqressiv davranış nümayiş etdirir”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu “RTL” telekanalında bildirib.

“Biz indi daha aqressiv davranışlar görürük. Rusların nəzarəti ələ keçirmək cəhdləri olub. Bir ay əvvəl Rusiyanın hava hücumundan müdafiə sistemi Qara dəniz üzərində Fransa təyyarələrini vurmaqla hədələyib”, - o qeyd edib.

Bundan əvvəl Fransa Müdafiə Nazirliyinin rəhbəri hərbi-sənaye kompleksi müəssisələrinə kiberhücumların sayının artdığını bildirib və buna görə Rusiyanı günahlandırıb.