Fransa Burkina Faso vətəndaşlarına viza verilməsini dayandırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Burkina Fasodakı Fransız səlahiyyətliləri adından viza müraciətlərini qəbul edən vasitəçi "Capago" şirkəti məlumat yayıb.

Məlumata görə, Fransa Nigerdəki çevrilişdən sonra bölgədə gərginliyin artması ilə əlaqədar Burkina Faso vətəndaşlarına viza verməyəcək. Açıqlamada viza müraciəti və zəng mərkəzlərinin bağlandığı qeyd edilib.

 

Gözəl Həşimova