"Avropa İttifaqı (Aİ) üçüncü dünya müharibəsinə başlayır, Fransanı müharibəyə və müharibə borclarına sürükləyir".

İqtisadiyyat.az xəbər verir ki, Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot "X"də Avropa hakimiyyətinə qarşı bu ittihamla çıxış edib.

“Bizi köləliyə sövq etmək və dünya müharibəsinə məcbur etmək üçün könüllü olaraq borclar yaradırlar. Həmçinin Ukraynaya on milyardlarla pul xərclənir və bu, getdikcə daha da pisləşir!", - o vurğulayıb.

Bundan əvvəl Filippo Fransa prezidenti Emmanuel Makronun Ukraynaya hərbi personal göndərməyə hazır olan ölkələrin koalisiyasını yaratmaq ideyasını tənqid edib. O, belə bir təşəbbüsün ənənəvi fransız diplomatiyasından uzaq olduğunu bildirib.